"Səbail" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı - Premyer Liqa

"Səbail" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı - Premyer Liqa

Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun matçları bu gün davam etdiriləcək.

mediasport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçiriləcək.

Turun ilk oyun günündə "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" isə "Zirə"ni 2:0 hesabı ilə məğlub edib. Premyer Liqada 27-ci həftəyə sabah "Qəbələ" - "Şamaxı" görüşü ilə yekun vurulacaq.


Premyer Liqa. 27-ci tur


16:00. “Səbail” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Asif Əliyev

“ASCO Arena”


19:00. “Neftçi” – “Kəpəz”

Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bakcell Arena”