Vüsal ehtiyatda qaldı, komandası xal itirdi, Renat 60 dəqiqə oynadı

Vüsal ehtiyatda qaldı, komandası xal itirdi, Renat 60 dəqiqə oynadı

Legioner həyatı yaşayan Azərbaycan millisinin 2 oyunçusu klub futbolunda növbəti oyunlarına çıxıblar.

Mediasport.az xəbər verir ki, Vüsal İsgəndərlinin uğurları üçün çalışdığı "Boluspor" "Amed"in qonağı olub.

Adı iştirak ərizəsində olan forvard meydana çıxmayıb.

Renat Dadaşovlu "Ankaragücü" "Sakaryaspor"u sınağa çəkib. Millinin hücumçusu oyuna start heyətdə başlayıb və 60-cı dəqiqədə əvəzlənib.

Paytaxt təmsilçisi yeni baş məşqçi Kənan Koçakın rəhbərliyi altında ilk matçına çıxıb.

Bu gün daha 6 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar.

Anton Krivotsyukun oynadığı Cənubi Koreyanın "Daejon" komandası evdə "Jeonbuk"u qəbul edəcək.

Eddi İsrafilovun "Yohor Tazim" Malayziya Superliqasında "Kelantan Yunayted"lə üz-üzə gələcək.

Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" evdə LNZ-i sınağa çəkəcək.

Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" "İstanbulspor"la qarşılaşacaq.

Albaniya Superliqasına yeni yollanan Amil Yunanov "Bilis"in üzvü kimi "Vllazniya" səfərinə yollanacaq.

Sözügedən çempionatda top qovan digər futbolçumuz Zamiq Əliyev "Eqnatia"nın heyətində "Elbasani"nin qonağı olacaq.

21 sentyabr

Türkiyə 1-ci Liqası. 6-cı tur

"Ankaragücü" - "Sakaryaspor" 2:1

"Amed" - "Boluspor" 1:1

22 sentyabr

Cənubi Koreya K Liqa 1. 31-ci tur

13:00 "Daejon" - "Jeonbuk"

Malayziya Superliqası. 13-cü tur

17:00 "Kelantan Yunayted" - "Yohor Tazim"

Ukrayna Premyer Liqası. 7-ci tur

18:00 "Polessye" - LNZ

Türkiyə 1-ci Liqası. 6-cı tur

20:00 "İstanbulspor" - "Bandırmaspor"

Albaniya Superliqası. 6-cı tur

18:00 "Vllazniya" - "Bilis"

21:00 "Elbasani" - "Eqnatia"