Selcandan TARİXİ UĞUR - Olimpiadaya lisenziya qazandı

Selcandan TARİXİ UĞUR - Olimpiadaya lisenziya qazandı

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova tarixi uğura imza atıb.

Mediasport.az xəbər verir ki, idmançımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.

Bununla da gimnastika millimizin Paris-2024-ə qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.

Ötən il bədii gimnastımız Zöhrə Ağamirova "Paris-2024"ə lisenziyanı rəsmiləşdirmişdi.