AGF rəsmisi Kiprdə təşkil ediləcək seminarda ekspert olacaq
Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsi tərəfindən oktyabrın 11-14-də Kiprin Larnaka şəhərində hakimlər üçün seminar təşkil olunacaq.
Mediasport.az xəbər verir ki, seminara Azərbaycan Gimnastika Federasiyasının idman direktoru və Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Natalya Bulanova da dəvət alıb.
O, bu mötəbər tədbirdə Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Noha Abou Shabana ilə birlikdə ekspert qismində çıxış edəcək.