Gimnastlarımız Dünya Kuboklarında yarışacaqlar

Gimnastlarımız Dünya Kuboklarında yarışacaqlar

İdman gimnastikası üzrə yığma komandamızın üzvləri Misir və Almaniyada keçiriləcək Dünya Kuboklarında mübarizə aparacaqlar.

Mediasport.az xəbər verir ki, Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Nazənin Teymurova əvvəlcə Qahirədə güclərini sınayacaqlar.

Dünya Kuboku 15-18 fevral tarixlərində keçiriləcək.

Yığmamızın üzvləri ardınca - 22-25 fevral tarixlərində Almaniyanın Kotbus şəhərində təşkil olunacaq birinciliyinə qatılacaqlar.