Gimnastlarımız Monteneqroda yeddi qızıl medal qazanıblar

Gimnastlarımız Monteneqroda yeddi qızıl medal qazanıblar

Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilən “Montenegro Cup”da yeddi qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Mediasport.az xəbər verir ki, böyüklər arasında Mədinə Dəmirova (çoxnövçülük) qızıl mükafata yaliq görülüb.

Gənclər arasında Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı bürünc medal (hər ikisi çoxnövçülük) əldə edib.

Yeniyetmələrdən Məryəm Baloğlanova və Nur Sadıqova halqa, top və gürzlərlə hərəkətlərdə uğurlu çıxış edərək, hər üçü qızıl mükafata yiyələnib.