Sərgən Yalçının yeni iş yeri müəyyənləşib - RƏSMİ
Türkiyə Superliqa təmsilçisi "Antalyaspor"un yeni baş məşqçisi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, ötən ilin yayında adı "Neftçi" ilə hallanan Sərgən Yalçın Antalya klubunun "sükanı arxasına" keçib.
Türkiyəli mütəxəssis məşqçilik karyerası ərzində "Qaziantepspor" (2013/14, 16 oyun; 2015/16, 3 oyun), "Sivasspor" (2014/15, 38 oyun), "Kayserispor" (2016/17, 17 oyun), "Eskişehirspor" (2017/18, 6 oyun), "Konyaspor" (2017/18, 10 oyun), "Alanyaspor" (2018/19, 24 oyun), "Yeni Malatyaspor" (2018/19, 21 oyun) və "Beşiktaş"da (2019/20, 79 oyun) çalışıb.