"Beşiktaş" Çalımbayı da göndərib

"Beşiktaş" Çalımbayı da göndərib

"Beşiktaş" Türkiyə Superliqasının 17-ci turunda "Alanyaspor"la qarşılaşıb (1:3).

Mediasport.az xəbər verir ki, İstanbul təmsilçisi həmin matçdan sonra baş məşqçisi Rıza Çalımbayla yollarını ayırıb.

Buna səbəb "qara qartallar"ın qeyri-stabil çıxışı davam etdirməsi olub.

Xatırladaq ki, Çalımbay noyabrın 11-də "Beşiktaş"ın çalışdırıcısı təyin edilmişdi.

Təcrübəli mütəxəssis bu vəzifədə Şenol Günəşin gedişindən sonra müvəqqəti olaraq komandanın "sükanı arxasında" olan Burak Yılmazı əvəz etmişdi.