Son İtaliya çempionu Turində "Yuventus"un qonağı olacaq

Son İtaliya çempionu Turində "Yuventus"un qonağı olacaq

Futbol üzrə İtaliya A Seriyasında 15-ci tura bu gün start veriləcək.

Mediasport.az xəbər verir ki, açılış matçı Turin şəhərində keçiriləcək.

"Yuventus" doğma azarkeşlər önündə son çempion "Napoli"ni qəbul edəcək.

Tərəflər arasında baş tutan son 10 qarşılaşmada "qoca sinyora" 3, Neapol təmsilçisi 6 qələbə qazanıb. 1 oyun bərabərliklə bitib.

İtaliya A Seriyası. 15-ci tur

23:45 "Yuventus" - "Napoli"