Çempionlar Liqası: 2 oyuna 11 qol - Mövsüm darmadağınla başladı

Çempionlar Liqası: 2 oyuna 11 qol - Mövsüm darmadağınla başladı

Futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024-cü illər mövsümünə start verilib.

MediaSport.az xəbər verir ki, ilkin təsnifat mərhələsi çərçivəsində 2 görüş keçirilib.

"Buduçnost" və "Breydablik" inamlı qələbələrlə növbəti mərhələyə vəsiqə qazanıblar.


UEFA Çempionlar Liqası. İlkin təsnifat mərhələsi


"Atletik Eskaldes" (Andorra) - "Buduçnost" (Monteneqro) 0:3

Qollar: Balsa Sekuliç, 14, 60, Aleks Sançes, 21-avtoqol.

"Tre Penne" (San Marino) - "Breydablik" (İslandiya) 1:7

Qollar: Antonio Baretta, 31 - Hoskuldur Qunlauqsson, 6, 89, Aqust Edvald Hlinsson, 25, 90+2, Klaemint Olsen, 45+2, Stefan İnqi Siqurdarson, 67, Viktor Eynarsson, 74