"Qəbələ" daha 4 oyun keçirəcək
“Qəbələ” 2024-2025-ci illər mövsümünün hazırlığını davam etdirir.
Mediasport.az xəbər verir ki, “Zaqatala” ilə yoxlama oyunundan sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” sabah bir araya gələcək.
Kaxaber Çxadadzenin rəhbərlik etdiyi komanda hazırlığın ikinci mərhələsinə günün ikinci yarısında baş tutacaq məşqlə start verəcək.
Qəbələ şəhər stadionunda davam edəcək hazırlıq prosesində daha 4 yoxlama oyunu baş tutacaq.
Bölgə təmsilçisi avqustun 16-da “Cəbrayil”, 19-da “Mingəçevir”lə üz-üzə gələcək.
Digər iki matç ayın 24-də və 28-də keçiriləcək.
Bu yoxlama oyunlarındakı rəqiblər barədə məlumat veriləcək.
Qeyd edək ki, “qırmızı-qaralar” mövsümlərarası dövrdə artıq iki görüş keçiriblər. Küveytin "Əl-Yarmuk" klubu ilə heç-heçə edən (2:2) qəbələlilər “Zaqatala”ya 2:0 hesabı ilə qalib gəliblər.