"Sevinirəm ki, “Qarabağ”la görüşdə məğlubiyyətdən xilas ola bildik"
"Çox çətin oyun oldu. Əsasən birinci hissədə rəqib bizə problemlər yaşatdı. "Qarabağ" güclü komandadır, oyuna yaxşı hazırlaşmışdılar".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Almaniyanın “Bayer” klubunun vitse-kapitanı Conatan Ta deyib.
Leverkuze klubunun müdafiəçisi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la Bakıda keçirilən qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandırıb.
28 yaşlı futbolçu 2:2 hesabı ilə başa çatan matçda çətinlik çəkdiklərini qeyd edib. O, xüsusən "Qarabağ"ın hücumçusu Olavio Juninyoya qarşı oynamağın asan olmadığını vurğulayıb:
"Fasilədən sonra özümüzə gəldik və daha yaxşı oynadıq. Sevinirəm ki, “Qarabağ”la görüşdə məğlubiyyətdən xilas ola bildik. Qrup mərhələsi ilə müqayisədə, qarşılaşmamız bu dəfə daha çətin alındı. Rəqibin heyətində yaxşı futbolçular çoxdur. Müdafiəçi kimi deyə bilərəm ki, Juninyoya qarşı oynamaq çox çətin idi. Abdullah Zubir və Marko Yankoviçin də adlarını çəkə bilərəm. Cavab matçında mərhələ keçməyə çalışacağıq, Leverkuzendə fərqli ab-hava olacaq".
Qeyd edək ki, "Bayer" - "Qarabağ" matçı martın 14-də Leverkuzendə keçiriləcək.