"Qarabağ"ın rəqibi Bakıda məşq etməyəcək - Birbaşa oyuna çıxacaqlar
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçı çərçivəsində sabah Bakıda “Qarabağ”ın qonağı olacaq HİK klubunun səfər proqramında dəyişiklik edilib.
mediasport.az xəbər verir ki, Finlandiya təmsilçisi ölkəmizə, gözlənildiyi kimi, axşam deyil, gecə saatlarında çatacaq.
Bu məqsədlə baş məşqçi Toni Konkeakunnasın mətbuat konfransı və HİK-in oyunöncəsi son məşqi ləğv olunub.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – HİK görüşü 20:00-da başlanacaq.