"Turan Tovuz" stadionunda yenilik
Rekonstruksiya işləri tamamlanan Tovuz şəhər stadionunda yenilik edilib.
"Turan Tovuz"dan mediasport.az saytına verilən məlumata görə, əsas tribunada olan VİP sektor yenilənərək azarkeşlərin ixtiyarına buraxılıb.
Qərb klubunun matçlarını stadionun ən rahat yerindən izləmək istəyənlər cəmi 5 manat xərcə düşəcəklər.
Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Azərbaycan Premyer Liqasının 4-cü turunda qarşılaşacağı "Səbail"i doğma arenada qəbul edəcək. Bu, Tovuz təmsilçisinin cari mövsüm evdə keçirəcəyi ilk oyun olacaq.
Qərblilər geridə qalan 3 turda topladıqları 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.