SON DƏQİQƏ! "Qarabağ" daha bir legionerin transferini həll etdi

SON DƏQİQƏ! "Qarabağ" daha bir legionerin transferini həll etdi

Transfer çalışmalarını davam etdirən "Qarabağ" daha bir legionerin keçidini razılaşdırıb.

MediaSport.az saytına daxil olan məlumata görə, Ağdam təmsilçisi Niderlandın "Sparta" klubundan Ceyson Lokilonu transfer edib.

25 yaşlı belçikalı vinger son mövsümü icarə əsasında "İstanbulspor"da keçirib. O, Türkiyənin 1-ci Liqa təmsilçisinin heyətində 16 oyuna 4 qol vurub.

Qeyd edək ki, Qurban Qurbanovun komandası 2020-2022-ci illərdə ağdamlıların formasını geyinmiş kabo-verdeli Patrik Andradeni də geri qaytarmaq üzrədirlər.

"Köhlən atlılar" bu yay Hamidu Keyta ("Zirə") və Juninyo ("Çaveş") ilə gücləniblər.