"Neftçi" qalib gəlib, "Qarabağ" Tovuzda xal itirib - YENİLƏNDİ

"Neftçi" qalib gəlib, "Qarabağ" Tovuzda xal itirib - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start verilib.

Mediasport.az xəbər verir ki, 10-cu turun açılış oyunu Tovuzda baş tutub.

Relsə düşən son çempion "Qarabağ" çətin Almaniya səfəri öncəsi qərb bölgəsində xal itirib.

Paytaxtda isə cari mövsüm uğurlu trayektoriya cızan "Səbail" evdə qeyri-sabit "Neftçi"yə məğlub olub.

Turun qalan qarşılaşmaları sabah və birigün keçiriləcək.


Azərbaycan Premyer Liqası. 10-cu tur


Turan Tovuz - Qarabağ 2:2

Qollar: Otto Con, 46, Ayxan Quseynov, 90+4 - Olavio Juninyo, 7, Leandro Andrade, 90.

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Tovuz şəhər stadionu, 18:30

"Turan Tovuz": 1. Tərlan Əhmədli (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov.

Baş məşqçi: Ayxan Abbasov.

“Qarabağ”: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 19. Redon Cica, 15. Leandro Andrade.

Baş məşqçi: Qurban Qurbanov.


Səbail - Neftçi 2:4

Qollar: David Qomis, 2, Aleksandr Ramalinqom, 79 - Azər Əliyev, 12, Ataa Caber, 45+3, Yuri Matias, 87, Rəhman Hacıyev, 90+4.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

“ASCO Arena”, 20:30

"Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.


Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi.


Baş məşqçi: Şahin Diniyev.


Neftçi”:1. İvan Brkiç (k), 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov , 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias.


Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.


Baş məşqçi: Adrian Mutu.