"Turan Tovuz" evdə, "Zirə" səfərdə qələbə qazandı - YENİLƏNDİ

"Turan Tovuz" evdə, "Zirə" səfərdə qələbə qazandı - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Qarabağ" "Kəpəz"ə (3:0), "Araz-Naxçıvan" "Şamaxı"ya (1:0) qalib gəlib, "Səbail" - "Neftçi" duelində qalib müəyyənləşməyib - 1:1.


Azərbaycan Premyer Liqası. 2-cü tur


“Turan Tovuz” – “Sumqayıt” 1:0

Qol: Xəyal Nəcəfov, 34.

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.

Tovuz şəhər stadionu, 18:45.


“Sabah” – “Zirə” 0:2

Qollar: Rafael Utsiq, 50-pen., Salifu Suma, 52.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.

“Bank Respublika Arena”, 21:00.