Rusiyada keçiriləcək "Spartak" - "Neftçi" oyununun vaxtı müəyyənləşdi

Rusiyada keçiriləcək "Spartak" - "Neftçi" oyununun vaxtı müəyyənləşdi

Rusiyada "Kubok Parı Matç" turnirində iştirak edən "Neftçi"nin bu ölkədə "Spartak"la keçirəcəyi yoxlama oyununun vaxtı dəqiqləşib.

MediaSport.az xəbər verir ki, Moskva təmsilçisi ilə yoldaşlıq matçı iyulun 18-də "Otkrıtiye Bank Arena"da baş tutacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, "ağ-qaralar" iştirak etdiyi turnir çərçivəsində ilk matçında "Zenit"ə uduzub - 1:3. "Neftçi" iyulun 8-i saat 20:30-da Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq.