"Neftçi"li oynadı, "Qarabağ"lı məğlubiyyəti kənardan izlədi - VİDEO
Gürcüstan millisi AÇ-2024-ün seçmə qrup mərhələsinin "A" qrupunda növbəti görüşünü keçirib.
MediaSport.az xəbər verir ki, Villi Sanyolun baş məşqçisi səfərdə Şotlandiya millisinə məğlub olub - 0:2.
“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan yığmasının heyətində 90 dəqiqə oynayıb, “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili isə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Aktivində 4 xalı olan Gürcüstan qrupda ikinci yerdədir.