"Qarabağ"ın futbolçusu Afrikada elə bir qol vurdu ki... - VİDEO

"Qarabağ"ın futbolçusu Afrikada elə bir qol vurdu ki... - VİDEO

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisində növbəti qollarını vurub.

Mediasport.az xəbər verir ki, 25 yaşlı vinger "FİFA series - Edition 2024" turniri çərçivəsində Cənubi Afrika Respublikası millisi ilə yoxlama matçında 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

O, bu göstərici ilə 9.2 balla qiymətləndirilib və oyunun ən yaxşısı seçilib.

3:3 hesabı ilə başa çatan matçda 74 dəqiqə meydanda olan Ağdam klubunun üzvünün ikinci qolu möhtəşəm alınıb.

Qeyd edək ki, 6 ildən sonra yenidən milli komandaya çağırılan futbolçu 4 gün əvvəl yarışda Boliviya ilə qarşılaşmada da fərqlənmişdi.