“Sumqayıt” yoxlama oyununda “Zirə”ni məğlub edib

“Sumqayıt” yoxlama oyununda “Zirə”ni məğlub edib

Milli komandaların oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt” bu gün yoxlama oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, "kimyaçılar" "Zirə" ilə qarşılaşıb.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada Samir Abasovun yetirmələri 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu Kamran Quliyev vurub.