Zubir "Qarabağ"la yeni müqavilə barədə təəssüratlarını bölüşdü

Zubir "Qarabağ"la yeni müqavilə barədə təəssüratlarını bölüşdü

"Qarabağ"ın vingeri Abdulla Zubir Ağdam klubu ilə yeni müqavilə barədə təəssüratlarını bölüşüb.

Mediasport.az xəbər verir ki, mərakeş əsilli fransalı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Gəlin bu gözəl klub üçün işləməyə davam edək. Hər kəsə təşəkkürümü bildirirəm".

Xatırladaq ki, Zubir dünən "Qarabağ"la 3 illik yeni müqavilə imzalayıb.

O, 2018-ci ildən Azərbaycan çempionunun üzvüdür.