"Rahil Məmmədov komandasının əsas oyunçularından biri sayılır"

"Rahil Məmmədov komandasının əsas oyunçularından biri sayılır"

"Rahil Məmmədov Azərbaycan millisinə dəvət alıb və millinin UEFA Millətlər Liqasının C divizionunda qalmasına kömək etməyə çalışacaq. "Radomyak"ın mərkəz müdafiəçisi komandasının əsas oyunçularından biri sayılır".

Mediasport.az xəbər verir ki, Polşa mətbuatı Azərbaycan millisinin Millətlər Liqasının 5 və 6-cı turlarında Estoniya (16 noyabr) və İsveçə (19 noyabr) qarşı keçirəcəyi oyunlarda "Radomyak"ın üzvü Rahil Məmmədovun çıxışından söz açıb.

"Cozadzien.pl" portalı yığmamızın üzvünün əla formada olduğunu qeyd edib:

"Hazırda Rahil Millətlər Liqasının üç oyununda iştirak edib, hər birində ilk dəqiqədən son dəqiqəyə kimi çıxış edib. Son vaxtlar "Ekstraklassa"da əla formada olsa da, beynəlxalq arenada hər şey başqa cürdür. Fernandu Santuşun komandası Estoniya və İsveçlə qarşılaşacaq. Dörd turdan sonra onun dörd məğlubiyyəti var və bu ilin son oyunları C divizionunda qalmaq üçün son şansdır".