"Qarabağ"dan çətin qələbə

"Qarabağ"dan çətin qələbə

Azərbaycanın Avropa Liqasındakı təmsilçisi "Qarabağ" bu gün III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Helsinki" klubu ilə qarşılaşaıb.

mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası müəyyən fasilədən sonra rəqibini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edib.

Komandalar arasında cavab görüşü bir həftə sonra Helsinkidə keçiriləcək. Cütün məğlub olan tərəfi mübarizəni Avropa Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

Ağdam klubunun heyətində bu gün zədəli Marko Veşoviçlə Abbas Hüseynov forma geyinməyib. Qonaqların heyətində isə Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riski meydana çıxmayıb.


Avropa Liqası. III təsnifat mərhələsi. İlk oyun


"Qarabağ" (Azərbaycan) - "Helsinki"(Finlandiya) 2:1

Baş hakim: Roy Reinshreyber (İsrail)

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

Helsinki: 1. Cessi Öst, 22. Jukka Raitala, 15. Miro Tenho (k), 4. Joona Toivio, 23. Piri Soiri, 10. Lukas Linqman, 24. Georgios Kenellopulos, 27. Kein Kuassivi-Benissan, 18. Topi Keskinen, 9. Boyan Raduloviç, 37. Atomu Tanaka.

Baş məşqçi: Toni Korkeakunnas.