AFFA-nın departament əməkdaşları UEFA-nın konfransına qatılıblar
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları Serbiyada beynəlxalq konfransda iştirak ediblər.
Mediasport.az xəbər verir ki, paytaxt Belqradda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda keçirilən illik konfransda bir sıra mövzular müzakirə edilib:
1. Ötən lisenziyalaşdırma mövsümünün icmalı.
2. Serbiyada futbolun inkişafı və lisenziyalaşdırma sisteminin tətbiqi.
3. Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər.
4. UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər.
5. Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər.
6. Qadın futbolu, klubların lisenziyalaşdırılması və s.