"Qarabağ" Musa Qurbanlı üçün İsveç klubuna təklif göndərdi

"Qarabağ" Musa Qurbanlı üçün İsveç klubuna təklif göndərdi

“Qarabağ” Musa Qurbanlı üçün “Yurqorden”ə təklif göndərib.

Mediasport.az xəbər verir ki, bu barədə “Fotbolldirekt” saytı məlumat yayıb.

Ağdam təmsilçisinin İsveç klubu ilə danışıqlar apardığı bildirilir. Məlumata görə, “köhlən atlılar” forvardın illik icarəsi üçün 350 min manat təklif edib.

Amma Stokholm klubunun rəhbərliyi təklifə "yox" deyib. “Yurqorden” Musa üçün daha çox məbləğ tələb edir.

Xatırladaq ki, Azərbaycan millisinin forvardı İsveç klubuna məhz “Qarabağ”dan keçib və 2026-cı ilədək müddəti əhatə edən müqavilə bağlayıb.