"Sumqayıt"ın Konfrans Liqası oyununun vaxtı dəyişdirilib

 "Sumqayıt"ın Konfrans Liqası oyununun vaxtı dəyişdirilib

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanı təmsil edəcək “Sumqayıt”ın səfər matçının vaxtı dəyişdirilib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz Macarıstanda “Şosto” Arenada “Fehervar”la oyuna 1 gün tez çıxacaq.

Qarşılaşma nəzərdə tutulduğu kimi, avqustun 1-də deyil, iyulun 31-də baş tutacaq.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk görüş iyulun 25-də keçiriləcək.