"Səbail" rəhbərliyindən "Sabah"la heç-heçə üçün İKİQAT "PREMYA"

 "Səbail" rəhbərliyindən "Sabah"la heç-heçə üçün İKİQAT "PREMYA"

Premyer Liqanın 8-ci turunda evdə "Sabah"la heç-heçəyə (2:2) nail olan "Səbail"də hər mənada üzlər gülür.

Mediasport.az saytına verilən məlumata görə, ardıcıl 4 turluq qələbə və 1 bərabərlikdən sonra turnir cədvəlinin üçüncü pilləsində yerini bərkidən "dənizçilər"i rəhbərlik ikiqat sevindirib.

"Xəzər Dəniz Gəmiçiliyi"nin İdarə Heyətinin sədri Rauf Vəliyev Masazır klubu ilə görüşdə əzmkarlıqla 1 xal qazanan komanda üçün nəzərdə tutulmuş məbləği artıraraq 2000 manat edib.

Məşqçilər korpusu və hər futbolçuya 2 min manat bəxşiş verilib.

Qeyd edək ki, Şahin Diniyevin komandası 14 xalla 3-cü pillədə qərarlaşıb və liderlərdən (Qarabağ" və "Zirə") 2 xal geri qalır.