"Sumqayıt"ın qış planı

"Sumqayıt"ın qış planı

"Sumqayıt” FK-nın qış hazırlıq planı məlum olub.

Mediasport.az xəbər verir ki, komanda dekabrın 23-də baş tutacaq “Səbail”lə oyundan sonra istirahətə buraxılacaq. 

Yeni ilin yanvar ayının 3-də Sumqayıtda toplaşacaq futbolçular hazırlıqlara doğma şəhərdə start verəcəklər. Üç gün davam edəcək məşqlərin ardınca komandamız Türkiyənin Antalya şəhərinə yollanacaq. 

Yanvarın 6-dan 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. 8, 12 və 16 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi barədə klubumuzun rəsmi media hesablarında məlumat veriləcək.