Dani Kintana "Qarabağ"ı yada salıb: "Bu kluba təşəkkürüm sonsuzdur"
2015-2020-ci illərdə "Qarabağ"da forma geyinmiş Dani Kintana İspaniya mətbuatına açıqlama verib.
Mediasport.az xəbər verir ki, ispan yarımmüdafiəçi "Canarias 7" nəşrinə açıqlamasında Ağdam klubunda oynadığı dönəmləri yada salıb.
Qurban Qurbanovun komandasının aparıcı üzvlərindən olmuş 37 yaşlı keçmiş yarımmüdafiəçi klub barədə xoş fikirlər səsləndirib:
"Qarabağ"ın bütün üzvlərinə minnətdaram, bu kluba təşəkkürüm sonsuzdur. Çox düzgün klubdur. Hər oyuna görə verilməli olan bütün bonusları vaxtında almışam, orada maaş problemi yox idi"
Qeyd edək ki, Kintana "Qarabağ"la 4 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
O, ağdamlıların heyətində 98 oyun keçirib, 33 qol vurub.
Pireneyli karyerasını ötən il İspaniyanın aşağı liqa təmsilçisi "Tamaraseyte"də başa vurub.