Suraxanı stadionunda MARAQLI QONAQ - POLİS VƏ FİFA HAKİMİ

Suraxanı stadionunda MARAQLI QONAQ - POLİS VƏ FİFA HAKİMİ

Bu dəqiqələrdə start götürəcək Azərbaycan Premyer Liqasının ilk turunun "Qarabağ" - "Zirə" oyununda azarkeşlər arasında maraqlı qonaq diqqəti çəkib.

mediasport.az saytının stadionda olan əməkdaşı xəbər verir ki, matçı izləyənlər arasında keçmiş FİFA hakimi, DİN əməkdaşı, polkovnik-leytenant Fariz Yusifov da var.

O, saytımıza açıqlamasında hazırda iş başında olmadığını və övladlarını oyuna baxmağa gətirdiyini deyib.