Azərbaycan 2-ci Liqasında pley-off: İlk oyun bu gün keçiriləcək

Azərbaycan 2-ci Liqasında pley-off: İlk oyun bu gün keçiriləcək

Futbol üzrə Azərbaycan 2-ci Liqasında çıxış etmək uğrunda pley-off mərhələsinin ilk oyunu bu gün keçirilcək.

Mediasport.az xəbər verir ki, 2-ci Liqanın sonuncusu “Şəfa” və Region Liqasının finalçısı “Hypers” komandaları arasında baş tutacaq ilk dueli FİFA referisi Kamal Umudlu idarə edəcək.

Görüşdə VAR sistemi tətbiq olunacaq.

Cavab matçı iyunun 5-də oynanılacaq.


2-ci Liqa. Pley-off. İlk oyun


17:00. “Şəfa” - “Hypers”

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Elvin Bayramov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

“ASCO Arena”