Tacikistan millisinin üzvü Azərbaycan klubuna keçdi

Tacikistan millisinin üzvü Azərbaycan klubuna keçdi

Transfer çalışmalarını davam etdirən "Kəpəz" növbəti keçidi rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb.

24 yaşlı futbolçu ilə “6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində çıxış edib. Onun son klubu “İstiklol” olub.

Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.