"Turan Tovuz"dan Azərbaycan Premyer Liqasında yubiley qələbəsi

"Turan Tovuz"dan Azərbaycan Premyer Liqasında yubiley qələbəsi

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 29-cu turunda "Sabah"ı məğlub edib (2:0).

Mediasport.az xəbər verir ki, bununla da Tovuz klubu ölkə çempionatında 20-ci qələbəsini qazanıb.

2022/23 mövsümündə Elitada debüt edən qərblilər bunu 65-ci oyunda rəsmiləşdiriblər.

Ayxan Abbasovun komandası 11 dəfə evdə, 9 dəfə səfərdə 3 xal qazanıb. 

Beləliklə, bölgə klubu Azərbaycan çempionatında ən azı 20 qələbə qazanan 39-cu komanda olub.

"Turan Tovuz"un Premyer Liqadakı ilk qələbəsi 2022-ci il avqustun 13-nə təsadüf edib. Qərblilər səfərdə "Səbail"i məğlub ediblər - 1:0.