AVRO-2024: Polşa milli komandasının ilkin heyəti açıqlanıb
Futbol üzrə Polşa millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Mixal Probej genişləndirilmiş siyahıya 29 oyunçunun adını daxil edib.
26 nəfərdən ibarət yekun heyət iyunun 7-nə qədər müəyyənləşəcək.
Polşa yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün D qrupunda Niderland, Avstriya və Fransa milliləri ilə qarşılaşacaq.
Qapıçılar: Voytsex Şensnı ("Yuventus", İtaliya), Lukaş Skorupski ("Bolonya", İtaliya), Marçin Bulka ("Nitsa", Fransa), Olivye Zix ("Puşça");
Müdafiəçilər: Yan Bednarek ("Sauthempton", İngiltərə), Bartoş Bereşinski ("Empoli", İtaliya), Pavel Boxneviç ("Heerenveen", Niderland), Pavel Davidoviç ("Verona", İtaliya), Yakub Kiever ("Arsenal", İngiltərə), Timoteuş Puxaç ("Kayzerslautern", Almaniya), Bartoş Salamon ("Lex");
Yarımmüdafiəçilər: Pşemislav Frankovski ("Lans", Fransa), Kamil Qrosiçki ("Poqon"), Yakub Moder ("Brayton", İngiltərə), Yakub Petrovski ("Ludoqores", Bolqarıstan), Taras Romançuk ("Yagelloniya"), Bartoş Sliş ("Atlanta Yunayted", ABŞ), Damian Şimanski (AEK, Yunanıstan), Sebastyan Şimanski (“Fənərbağça”, Türkiyə), Mixal Skoras (“Brügge”, Belçika), Kasper Urbanski (“Bolonya”, İtaliya), Nikola Zalevski (“Roma”, İtaliya), Pyotr Zelinski (“Napoli”, İtaliya);
Hücumçular: Adam Buksa ("Lans", Fransa), Robert Levandovski (“Barselona”, İspaniya), Arkadiuş Milik (“Yuventus”, İtaliya), Kşiştof Pyontek (“Başakşəhər”, Türkiyə ), Karol Sviderski (“Verona”, İtaliya).