"Gürcü nağılı" bitdi, İspaniya yarımfinala çıxdı - Avropa çempionatı
Gürcüstan və Rumıniyanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə U-21 Avropa çempionatı davam edir.
MediaSport.az xəbər verir ki, artıq ilk yarımfinalçılar da məlumdur. Qaliblər əsas vaxtda müəyyənləşməyiblər.
Qrup mərhələsini lider kimi başa vuraraq 1/4 finala tarix yazmaqla çıxan Gürcüstan yığması pley-offda İsrail futbolçularına penaltilər seriyasında məğlub olub.
Turnirin hazırkı qalibi İspaniya millisi isə İsveçrə seçməsinə əlavə vaxtda qalib gəlib.
İsraillilər finala gedən yolda bu gün keçiriləcək İngiltərə - Portuqaliya oyununun qalibi ilə görüşəcəklər.
İspaniya isə yarımfinalda Fransa - Ukrayna cütünün qalibi ilə qarşılaşacaq.
U-21 Avropa çempionatı. 1/4 final
Gürcüstan - İsrail 0:0 (pen: 3:4)
İspaniya - İsveçrə 1:1 (əlavə vaxtda: 1:0)
U-21 Avropa çempionatı. 1/4 final
20:00 İngiltərə - Portuqaliya
23:00 Fransa - Ukrayna