"Komandadakı istək, əzmkarlıq və birlik yüksək səviyyədədir”
Antalya toplanışını başa vuran "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov qış hazırlığını dəyərləndirib.
mediasport.az xəbər verir ki, çalışdırıcı toplanışını normal keçdiyini, komandanın yoxlama oyunlarında yaxşı təsir bağışladığını deyib.
- Təlim-məşq toplanışı planlaşdırdığımız kimi getdi. Komanda 3 oyunda da uğurlu çıxış elədi. Oyun keyfiyyəti bizi qane etdi. Bəzi məqamlarda zədələnən və xəstələnən futbolçularımız oldu. Bəzi oyunçuları tam yoxlaya bilmədik. Ümumillikdə komanda normal hazırlıq keçdi. Oyunlar da göstərdi ki, əvvəlki matçlara nisbətən daha keyfiyyətli çıxış etdik. Ümumi 3 oyunun hər birini yüksək səviyyədə keçirdik. İkinci oyunumuzda daha çox mübarizə vardı. Nə bizim, nə də rəqibin qol epizodları oldu. Komandadakı istək, əzmkarlıq və birlik yüksək səviyyədədir”.
"Kəpəz" Türkiyə hazırlığı çərçivəsində Qazaxıstanın "Kaysar" (3:0) və Macarıstan "MTK Budapeşt" (1:0) komandalarını məğlub edib, Serbiyanın "Novi Pazar" klubu ilə bərabərə qalıb - 0:0.