Tovuzdan Afrikaya çağırdılar
"Turan Tovuz"un futbolçusu Siyanda Xulu CAR millisinə dəvət edilib.
mediasport.az xəbər verir ki, millinin kapitanı noyabrın 17-də Mozambik, noyabrın 20-sində isə Anqolaya qarşı oyunlar üçün yığmaya cəlb olunub.
31 yaşlı müdafiəçi "Turan Tovuz"a bu ilin yayında Təl-Əviv "Hapoel"indən keçib.