Azərbaycan çempionatlarında gümüş və bürünc medallar ləğv edildi

Azərbaycan çempionatlarında gümüş və bürünc medallar ləğv edildi

Azərbaycan çempionatının I, II Liqasında və Əvəzedicilərin yarışında ikinci və üçüncü yeri tutan komandalara medallar verilməyəcək.

MediaSport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2023/2024-cü illər mövsümündə adıçəkilən liqalarda 2-3-cü yerləri tutanlar gümüş və bürünc mükafat almayacaqlar. Yalnız mövsümü çempion kimi başa vuran komanda qızıl medala sahib çıxacaq.