"Əvvəllər belə oyunlarda səbr edib sona qədər gözləyə bilmirdik"
"Azarkeşlərimizi, rəhbərliyimizi, futbolçularımı təbrik edirəm. Mühüm qələbə idi"
Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan"la görüşünü şərh edib:
"Bu gün şəhidimizi yad etdik. Ailəsinə səbr diləyirəm. Onlar bizim fəxrimizdilər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.
Hər iki komanda üst sıralardan qopmamaq istəyirdi. Stressli oyun idi. Bəlkə də buna görə hücumda kəsərli ola bilmirdik. Birinci hissədə “Araz-Naxçıvan” yaxşı kompakt müdafiə olunurdu. Çətinlik çəkirdik. İkinci hissə dəyişikliklər etdik.
Əvvəllər çatışmayan bir məqam var idi ki, belə oyunlarda sona qədər səbrli olub vaxtımızı gözləyə bilmirdik. Bu oyun bunu gördüm. Bir neçə oyunlar olub ki, qol buraxmışıq, tələsmişik. Oyun intizamı önəmlidir.
Futbolçularım tapşırıqların öhdəsindən gəldilər. Üçüncü dövrə bitir. Son oyunumuz qalıb. Ondan sonra fasilə olacaq. İtkilərimiz, zədəlilərimiz var. Bəzi oyunçularımız zədədən qayıdıblar deyə hazır deyillər. Bir məşqlə dincəldib oyuna çıxarırıq. Son oyunu da oynayıb, fasilədən sonra zədəlilərimizin hamısının qayıtmasına ümid edirik. Dördüncü dövrə çox çətin keçəcək”.
Qeyd edək ki" Tovuz klubu Naxçıvan təmsilçisini 2 cavabsız qolla yola salıb.