"Turan Tovuz" seçimini etdi

"Turan Tovuz" seçimini etdi

"Turan Tovuz"un qış hazırlıq planı bəlli olub.

mediasport.az xəbər verir ki, mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə komanda yanvarın 3-də Bakıda bir araya gələcək.

4 günlük məşqlərin ardından yanvarın 7-də Antalyaya yollanacaq qərb klubu hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-i Manavqat bölgəsindəki “The Sense Deluxe” otelində məskunlaşacaq.

“Turan Tovuz” ayın 18-dək burada hazırlığını davam etdirəcək və 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər hələlik dəqiqləşdirilməyib.