"Qarabağ" ÇL-də mübarizəni dayandırsa, Avroliqada bu iki komandadan biri ilə qarşılaşacaq
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Mediasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsin "Qarabağ" - "Linkoln" (Cəbəllütariq) cütünün məğlub tərəfinin də potensial rəqibi müəyyənləşib.
Ağdam klubu yarışda mübarizəni dayandırsa, yoluna Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam edəcək.
Burada rəqib "Ludoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu olacaq.
Avroliqada 3-cü raundun görüşləri avqustun 8-də və 15-də baş tutacaq.