"Turan Tovuz"lunun yığması ABŞ-ni məğlub etdi, Uruqvay 1/4 finalda

"Turan Tovuz"lunun yığması ABŞ-ni məğlub etdi, Uruqvay 1/4 finalda

Futbol üzrə Amerika Kuboku turnirində qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, C qrupu çərçivəsində iki oyun keçirilib.

Gecənin ilk matçında Panama və ABŞ dueli maraqlı alınıb, hər iki kollektiv meydanda azlıqda qalıb.

Birincilərin heyətində olan "Turan Tovuz"un müdafiəçisi Roderik Miller 90 dəqiqə oynayıb və panamalılar yarışda ilk qələbələrini qazanaraq pley-off şanslarını saxlayıblar.

Uruqvay isə darmadağınla ardıcıl ikinci qalibiyyətini rəsmiləşdirib və 1/4 finala vəsiqəni təmin edib.

Xatırladaq ki, bu gecə D qrupunda keçiriləcək 2 oyunla ikinci tura yekun vurulacaq.

Amerika Kuboku. Qrup mərhələsi. 2-ci tur

28 iyun

C qrupu

Panama - ABŞ 2:1

Qollar: Sezar Blekmen, 26; Joze Fakardo, 83 - Folarin Baloqun, 22.

Qırmızı vərəqələr: Adalberto Karraskella, 88 - Timoti Vea, 18.

"Mercedes-Benz" stadionu.



Uruqvay - Boliviya 5:0

Qollar: Fakundo Pellistri, 8; Darvin Nunez, 21; Maksimiliano Arauxo, 77; Federiko Valverde, 81; Rodriqo Bentankur, 89.

"Metlayf" stadionu.

Xal durumu: Uruqvay - 6 xal, ABŞ - 3 xal, Panama - 3 xal, Boliviya - 0 xal.




D qrupu

02:00 Kolumbiya - Kosta-Rika

05:00 Paraqvay - Braziliya

Xal durumu: Kolumbiya - 3 xal, Braziliya - 1 xal, Kosta-Rika - 1 xal, Paraqvay - 0 xal.