"İnter" tarixində 8-ci dəfə İtaliya Superkubokunu qazanıb - VİDEO

"İnter" tarixində 8-ci dəfə İtaliya Superkubokunu qazanıb -  VİDEO

İtaliya Superkubokunun qalibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, həlledici qarşılaşmada "Napoli"yə minimal hesabla qalib gələn "İnter" sevinən tərəf olub.

Yeganə qolu 90+1-ci dəqiqədə Lautaro Martines vurub.

Milan təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Əvvəl" stadionunda keçirilən finalı qalib başa vurmaqla tarixində 8-ci dəfə Superkuboka sahib çıxıb.

Turnirin ən çox qalibi "Yuventus"dur (9 dəfə). "Napoli" 2, "Milan" 7, "Latsio" 5, "Roma" isə 2 dəfə yarışın baş mükafatını əldə edib.


İtaliya Superkuboku. Final


23:00 "Napoli" - "İnter" 0:1