"Sevilya" tarixində 7-ci dəfə UEFA Avropa Liqasının qalibi oldu

"Sevilya" tarixində 7-ci dəfə UEFA Avropa Liqasının qalibi oldu

Futbol üzrə UEFA Avropa Liqasında 2022/2023-cü illər mövsümünün qalibi müəyyənləşib.

mediasport.az xəbər verir ki, Budapeşt şəhərindəki "Puşkaş Arena"da keçirilən həlledici qarşılaşmada turnirin rekordçusu "Sevilya" ilə "Roma" qarşılaşıb.

Əsas və əlavə vaxt heç-heçə bitdiyindən qalib penaltilər seriyasında məlum olub. Onbirmetrlik zərbələri daha dəqiq yerinə yetirən ispanlar tarixlərində 7-ci dəfə Avroliqanın qalibi adını qazanıblar.


Avropa Liqası. Final


"Sevilya" (İspaniya) - "Roma" (İtaliya) 1:1 (əlavə vaxt - 0:0, pen - 4:1)

Qollar: Mançini-avtoqol, 55 - Dibala 35.

Baş hakim: Entoni Teylor (İngiltərə)

“Sevilya”: Yassin Bunu, Aleks Telles, Nemanya Qudel, Louk Bade, Xesus Navas, İvan Rakitiç, Fernando, Brian Gil, Oliver Torres, Lukas Okampos, Yussef En-Nesiri .

Ehtiyar oyunçular: Marko Dmitroviç, Alberto Flores, Karim Rekik, Qonsalo Montiel, Tanqi Nyanzu, Markao, Joan Jordan, Manu Bueno, Erik Lamela, Suso, Alexandro Qomes, Rafa Mir.

Baş məşqçi: Xose Luis Mendilibar.

“Roma”: Ruy Patrisiu, Kris Smollinq, Canluka Mançini, Rojer İbanyes,  Leonardo Spinazzola, Nemanya Matiç, Brayan Kristante, Zeki Çelik, Paulo Dibala, Lorentso Pelleqrini, Temmi Abraham.

Ehtiyat oyunçular: Pyetro Boer, Mile Svilar, Rik Karsdorp, Dieqo Loryente, Nikola Zalevski, Madi Kamara, Benjamin Tahiroviç, Edoardo Bove, Jorjinyo Veynaldum, Kristian Volpato, Stefan El-Şaaravi, Andrea Belotti.

Baş məşqçi: Joze Mourinyo.