"Turan Tovuz"la vidalaşıb "Şamaxı"nın formasını geyinəcək
"Turan Tovuz"la müqaviləsi bu ayın sonunda başa çatacaq Belajdi Pusi karyerasını Azərbaycanda davam etdirə bilər.
Mediasport.az xəbər verir ki, qərb təmsilçisi ilə vidalaşmağa hazırlaşan albaniyalı forvard ölkəsilə yanaşı, "Şamaxı"dan təklif alıb.
Yenidən Premyer Liqaya qayıdan bölgə təmsilçisi ilə danışıqlar aparan 26 yaşlı hücumçunun Şamaxı klubu ilə anlaşmaq üzrə olduğu bildirilir.
Xatırladaq ki, Pusi "Turan Tovuz"a 2023-cü ilin yanvarında Albaniyanın "Skenderbeu" klubundan gəlmişdi.