Böyük Britaniya saytı "Turan Tovuz" haqqında məqalə dərc edib
Böyük Britanıyanın tanınmış futbol saytı "The11.news" futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçisi "Turan Tovuz"dan yazıb.
Mediasport.az xəbər verir ki, portal qərb klubu ilə İngiltərənin "Hall Siti" komandası arasında bugünlərdə bağlanan əməkdaşlıqla bağlı məlumat dərc edib.
Xəbərdə qeyd olunub ki, gələcəkdə iki klub arasında mühüm tərəfdaşlıq müqaviləsinin imzalanması gözlənilir.
Qeyd edək ki, “Hall Siti"nin sahibi, türkiyəli iş adamı Acun Ilıcalı bir neçə gün əvvəl Bakıya rəsmi səfər etmiş, "Turan Tovuz"un baş sponsoru "Huner Group"un ofisində şirkətin və komandanın rəhbəri Ehtiram Quliyevlə, həmçinin klubun rəsmiləri və məşqçilər korpusu ilə görüşmüşdü.