"Qarabağ" hazırlıq oyununda "Zirə"yə 4 cavabsız qol vurub

 "Qarabağ" hazırlıq oyununda "Zirə"yə 4 cavabsız qol vurub

Mövsümün ikinci yarısının hazırlığını Bakıda davam etdirən "Qarabağ" ikinci yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası "Zirə" ilə qarşılaşıb və rəqib qapısından 4 cavabsız top keçirib.

Azərbaycan çempionunun heyətində Leandro Andrade, Redon Cica, Riçard Almeyda (penalti) və Nəriman Axundzadə fərqləniblər.

Qeyd edək ki, "köhlən atlar" ilk yoldaşlıq matçı çərçivəsində əvəzedicilərlə görüşüb və 7:2 hesablı qələbə qazanıb.