Özbəkistan klubunun prezidenti "Neftçi Arena"da nə gəzir? - FOTO

Özbəkistan klubunun prezidenti "Neftçi Arena"da nə gəzir? - FOTO

Özbəkistan Superliqası təmsilçisi "Nasaf" futbol klubunun prezidenti Şöhrət Aslanov Azərbaycana səfər edib.

mediasport.az xəbər verir ki, klub rəhbəri "Neftçi"nin ev oyunlarını keçirdiyi "Neftçi Arena"da görüntülənib.

"Neftçi" TV-nin əməkdaşı Rövşən Əhlimanoğlu Aslanovla stadionda çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Qonağın səfərinin məqsədini dəqiqləşdirməyə çalışdıq. Öyrəndik ki, iş adamı, "Şurtan qaz-kimya kompleksi"nin baş direktoru ölkəmizə istirahət məqsədilə gəlib.

Ailəsi ilə birlikdə Bakını gəzən Qarşı klubunun 45 yaşlı prezidenti yolunu "Neftçi Arena"dan salıb, klubun fan-şopundan "ağ-qaralar"ın futbolkasını alıb.