"Sevildiyimi düşünürəm"
"Bura gəlmək, "Kəpəz"in bir parçası olmaq mənim üçün xoşdur. Günü-gündən komandaya uyğunlaşıram. Komanda olaraq inkişaf edirik. Kollektivdə yaxşı oyunçular var. Yerli və əcnəbi futbolçulardan qurulmuş heyətə sahibik. Məşqçilər korpusunun verdiyi məşqləri yerinə yetirməyə çalışırıq. Üzərimizə düşəni ən yaxşı şəkildə yerinə yetirməyə səy göstəririk".
Mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in legioneri Latir Falin deyib. Klubun mətbuat xidmətinə açıqlama verən Gəncə klubunun yeni transferi məqsədlərindən söz açıb:
"Hamımız məsuliyyətliyik. Məqsədimizi azarkeşlərə özümüzü ən yaxşı şəkildə göstərməkdir. Nəticə qazanmaq üçün oynayırıq. Azarkeşlərin oyunumu necə qiymətləndirdiklərini bilmirəm, amma sevildiyimi düşünürəm. Çünki azarkeşlər mənə isti münasibət göstərirlər".